Nigar Rəfibəylinin film kimi həyatı

Nigar Xudadat qızı Rəfibəyli 1913-cü ilin iyun ayında Gəncədə anadan olub. Babası Ələkbər bəy Rəfibəyli tanınmış maarifçi, «Difai» partiyasının yaradıcılarından biriydi. Atası Xudadat bəy Rəfibəyli isə Azərbaycanın ilk ali təhsilli cərrahlarından idi. Xarkov Tibb Universitetini bitirdikdən sonra, 1907-ci ildə təcrübəli həkim kimi Gəncəyə qayıtmışdı.
Nigar Xudadat bəylə Cəvahir xanımın üç övladının sonuncusuydu. Bu dünyadan nakam getmiş bibisi Suğra xanımın adını vermişdilər ona. Amma 4-5 yaşına çatsa da, adı ilə çağırmağa ürək eləmirlər. Bir gün türkiyəli şair Nigar xanımın "Əfsus" adlı şeirlər kitabını oxuyan Cəvahir xanım qayınatasından icazə istəyir: «Bu qızın adını çağırmağa heç birimizə ürək eləmirik. Əgər izn versən, adını dəyişib, Nigar qoyardıq». Ələkbər bəyin xeyir-duası ilə Suğra adı Nigarla əvəz olunur.

Davamı →

Nigar Rəfibəyli və Rəsul Rza

  • Sevgi
Nigar Rəsula, Rəsul Nigara çoxlu şeirlər həsr ediblər. Amma Rəsul
Rzanın Nigara 1957-ci ildə, toy axşamlarından 20 il keçərkən
səfərdən- Moskvadan yolladığı bir teleqram da qalır və o teleqram elə
bil ki, şeir kimi şeydir.
«Nigar, əzizim!
İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün sınaqlardan
keçib mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti
soyumayan mərd əllərin üçün sağ ol!
Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən
ömrümü səninlə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz
səninlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin
hərarəti onları hər cür fırtanalardan qorusun.
Vəfa və sədaqətin qarşısanda baş əyirəm».

Ardı →